Basketbol

Hassani “Sabah” da

Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, ölkə çempionu Hassani Qravettlə anlaşıb. ABŞ-dan olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

O, peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-da çıxış edən “Orlando Mecik”in heyətində 8 matça çıxıb.

Son mövsümü Polşanın “Şlask” klubunda keçirən 27 yaşlı müdafiəçi 40 görüşün iştirakçısı olub.