Əfsanə “düz” sözünə görə 20 milyon itirdi
Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəsi Şakil O’Nil maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, yerin düz olduğunu iddia etdiyi üçün 20 milyon dollar itirdiyini bildirib:
“Bu, əsl hekayədir. Mən bir dəfə dedim ki, Yer düzdür və lənətə gəlmiş bu söz mənə böyük ziyan vurdu. Nifrət edənlərə gəlincə, təxminən 500,000 təhdid e-poçtu almışdım”.
Qeyd edək ki, Şakil O’Nil dördqat NBA çempionudur (2000, 2001, 2002 və 2006). O, 1996-cı ildə Olimpiya, 1994-cü ildə isə dünya çempionu da olub.
Aut.az
