Türkiyə-Almaniya münasibətləri gərginləşdi: Merihin “bozqurd” sevincindən sonra
Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya – Türkiyə matçında (1:2) dubl müəllifi olan Merih Demiralın qol sevinci zamanı “bozqurd” işarəsi göstərməsi Avropada böyük səsküyə səbəb olub.
Aut.az xəbər verir ki, türkiyəli futbolçunun jesti rəsmi Ankara ilə Berlin arasında gərginliyə səbəb olub. Dünən Türkiyənin Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırmasından sonra qarşı tərəf bu gün eyni addımı atıb.
Almaniya Daxili İşlər Naziri Nensi Faeserin “Türk ifrat sağçılarının işarələrinə stadionlarımızda yer yoxdur” deməsi və UEFA-ya sanksiya çağırışından sonra dünən Berlinin Ankaradakı səfiri Yurgen Şuls Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu gün Almaniya Xarici İşlər Nazirliyinin Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şeni nazirliyə çağırdığı açıqlanıb. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, səfir “bozqurd” işarəsinə görə çağırılıb.
Qeyd edək ki, UEFA da futbolçunun qol sevincinə görə intizam işi açıb.
Aut.az
