Fransa millisinə bəd xəbər: Avro-2024-ü buraxa bilər
“PSJ”nin müdafiəçisi Luka Ernandes Çempionlar Liqasının 1/2 finalında Dortmund “Borussiya”sı ilə matçda (0:1) zədələnib.
Aut.az xəbər verir ki, Müdafiəçi oyunu davam etdirə bilməyib. 42-ci dəqiqədə onu Lukas Beraldo əvəzlənib.
“Le Parisien”in xəbərinə görə, fransalı çarpaz bağın qırılmasında şübhəli bilinir. O, bu gün MRT müayinəsindən keçəcək.
Diaqnoz təsdiqlənərsə, fransalı cari mövsümdə daha oynamayacaq. Həmçinin Fransa millisinin heyətində Avropa çempionatını buraxacaq.
Aut.az
