Dünya futbolu

UEFA-da korrupsiya olub? – Prezident açıqladı

UEFA prezidenti Aleksander Çeferin qurumu barədə danışıb.

Aut.az xəbər verir ki, sloveniyalı funksioner rəhbəri olduğu təşkilatda korrupsiya olmadığını bəyan edib:

“Mən əminəm ki, UEFA hələ mən gələnə qədər də korrupsiyalaşmış təşkilat deyildi. Amma insanlar UEFA ilə FİFA-nı tez-tez qarışdırırlar. Əvvəlki rəhbər Mişel Platiniyə qarşı bir iş var idi, lakin o, FİFA-nın vitse-prezidenti kimi bunu etmişdi.

Gələndə hər şeyi yoxladım. Mən inanıram və əminəm ki, UEFA təmiz təşkilatdır. Bütün göstəricilərimizi dərc edirik, nəyə pul xərclədiyimiz məlumdur, gəlirimizin 97 faizini yenidən futbola yatırırıq.

Mən İsveçrədə vergi ödədiyimi 1000 dəfə təkrar etmişəm və ailəm İsveçrəyə köçmədiyi üçün Sloveniyada əlavə vergi ödəyirəm. Amma heç kimin vecinə deyil”.

Xatırladaq ki, 55 yaşlı futbol funksioneri 2016-cı ildən UEFA-nın rəhbəri postunu tutur.

Aut.az