İnfarkt keçirən məşhur futbolçu karyerasını bitirdi
Məşhur braziliyalı yarımmüdafiəçi, “San-Paulu”da çıxış edən Oskar 34 yaşında futboldan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi bu qərarı ürək problemləri səbəbindən verib. O, ötən ilin dekabr ayında məşq zamanı infarkt keçirib.
Bundan sonra Oskar karyerasına fasilə vermək qərarına gəldi.
İdmançı deyib: “Daha çox oynamaqistəyirdim. Amma ürəyim iki dəqiqəlik dayandı və həqiqətən qorxdum”.
Oskar “San Paulu”nun gənclər sisteminin yetirməsidir və 2008-ci ildən 2010-cu ilə qədər və yenidən 2025-ci ildə burada oynayıb. O, həmçinin “İnternasional”, “Çelsi” və “Şanxay Port” klublarında da oynayıb. 2011-ci ildən 2015-ci ilə qədər Braziliya milli komandasında 48 oyun keçirib və 12 qol vurub.
Aut.az
