Dünya futbolu

İstedadına xəyanət edən ulduzun Harvardda nə işi var?

“Milan” və Braziliya millisinin keçmiş hücumçusu Aleksandra Pato Harvard Biznes Məktəbində əyləncə, media və idmana həsr olunmuş kursu başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, istedadına xəyanəti ilə tanınan 35 yaşlı sabiq futbolçu bununla bağlı sosial şəbəkələrdə paylışm edib.

“İstədiyin hər şeyi dəyişdirə bilməyəcəyini qəbul edəcək qədər təvazükar ol. İnsanları düzgün seçimə yönləndirərək ağılla hərəkət et. Bu, mənim missiyam olacaq!”, — deyə yazıb.

Pato “Milan”ın heyətində 150 oyuna çıxıb, 63 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya yığmasında isə 27 matçda 10 qol vurub. O, həmçinin “San-Paulo”, “Korintians”, “Orlando”, “Vilyarreal” kimi klublarda da çıxış edib.

Aut.az