Dünya futbolu

“Real”la “Ayaks”ın əfsanələri meydana qayıtdılar: Necə görünürdülər? – VİDEO

“Ayaks”ın və “Real”ın əfsanələri yoldaşlıq oyunu keçirib.

Aut.az xəbər verir ki, futbolçular Niderland klubunun 125 illiyinə həsr olunmuş matçda qarşılaşıblar.

Oyun Amsterdamda, Yohan Kroyf adına stadionda baş tutub. Niderland komandası 2:1 hesabı ilə qalib gəlib.

41-ci dəqiqədə “Ayaks” Şota Arveladzenin qolu sayəsində hesabda önə keçib. 88-ci görüşdə Sim de Yonq dubl edib. “Real”ın qolunu Ruben de la Red vurub.