Türkiyə

Şenol Günəşin Gürcüstana niyə gəldiyi bəlli oldu

Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun Gürcüstan – Ukrayna matçında (1:1) Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Şenol Günəş də iştirak edib.

Aut.az xəbər verir ki, mütəxəssis üç futbolçunu izləmək üçün Gürcüstana gəlib.

O, Kiyev “Dinamo”sundan ukraynalı Nikolay Şaparenko, həmçinin gürcülər – “Kremoneze”dən Luka Loçoşvili və “Şturm”dan Otar Kiteişvilini nəzarətdə saxlayıb.

Yaxın vaxtlarda Günəşin üç futbolçu ilə bağlı hesabatını “Trabzonspor” rəhbərliyinə göndərəcəyi bildirilsə də, məşqçinin ən çox Kiteişvilini bəyəndiyi idda edilir.

Aut.az