Dünya futbolu

Di Maria Qvardiola dönəmindəki “el klasiko”nu xatırladı: Nə baş verib?

Lissabon “Benfika”sını vingeri, daha əvvəl “Real”da oynamış Anxel Di Maria Pep Qvardiolanın dövründə “Barselona” ilə keçirilən oyunlarla bağlı xatirələrini bölüşüb.

Aut.az xəbər verir ki, bu barədə “Barca Universe” “X” sosial şəbəkəsində Di Mariadan sitat gətirib.

“Qvardiolanın “Barselona”sını məğlub etməyin yeganə yolu topu onlardan almaq idi. Onlardan daha çox vurmalı və qaçmalıydınız.

Bu, meydançada təzyiqi və gərginliyi artırırdı. Mən həmişə Messi haqqında düşünürdüm, onu incitmək istəmirdim, amma onu dayandırmaq üçün başqa yolumuz yox idi!” – Di Maria deyib.

Xatırladaq ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nın əsas komandasının baş məşqçisi olub.

Aut.az