Ukraynalı azarkeşlər ona və oğluna ölüm arzuladılar
Moskva CSKA-sı ilə müqavilə bağlayan bosniyalı futbolçu Miralem Pyaniç ukraynalı sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb.
Aut.az xəbər verir ki, cümə axşamı bosniyalı Moskva klubu ilə “1+1” sxemi üzrə müqavilə imzalayıb və transferi ilə bağlı “İnstaqram”da bir neçə paylaşım edib.
Ukraynadan olan istifadəçilər onların altında çoxlu mənfi – “axmaq, “kloun”, “özün də, oğlun da ölsün”, “pul iyi gəlir” kimi şərhlər yazıblar, eləcə də çoxlu təhqiramiz emoji qoyublar.
Aut.az
