Serbiya prezidenti Rusiya bayrağının təsviri olan şərf qaldırdı – FOTO
Serbiya prezidenti Aleksandar Vucic UEFA Millətlər Liqasında İsveçrə ilə matçda Rusiya və Serbiya bayraqlarının təsviri olan şərfi nümayiş etdirib.
Aut.az xəbər verir ki, görüş serblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dövlət himnləri səsləndirildikdən sonra Vuçiç Rusiya və Serbiyanın bayraqlarının təsviri olan şərfi qaldırıb.
2022-ci ilin fevralında Ukrayna ərazilərini işğal etdikdən sonra Rusiya millisi və klubları beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Aut.az
