Dünya futbolu

İran klubunu Qasım Süleymaniyə görə ağır cəzalandırdılar

Asiya Futbol Federasiyasının İcraiyyə Komitəsi Asiya Çempionlar Liqasında baş tutmayan “Sepahan” – “Əl-İttihad” matçı ilə bağlı qərar qəbul edib.

Aut.az xəbər verir ki, İran çempionuna texniki məğlubiyyət verilib. Buna “Sepahan”ın “Nəqş-e Cahan” stadionunda oyun öncəsi iranlı general Qasım Süleymaninin büstünün qoyulması səbəb olub.

Klub 200 min dollar məbləğində cərimələnib. Eyni zamanda “Sepahan” turnirdəki növbəti 3 matçını öz arenasında keçirilməsinə qadağa qoyulub.

Qeyd edək ki, oktyabrın 2-i baş tutmalı olan matça “Əl İttihad” meydanın kənarında, hakim skamyasının arxasında qoyulmuş iranlı general Qaım Süleymaninin büstünə görə meydana çıxmaqdan imtina edib. Klub “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlər”in olması səbəbindən meydana çıxmayıb və görüş ləğv olunub.