Dünya futbolu

Təhqir və ləyaqəti alçaldan rəftar: Ona qarşı ittiham irəli sürüldü

Dimitri Payet qıza təcavüz etməkdə ittiham olunub.

Bundan əvvəl 28 yaşlı Larissa Ferrari polisə şikayət edərək Dimitri tərəfindən fiziki və psixoloji zorakılığın qurbanı olduğunu iddia etmişdi.

Aut.az xəbər verir ki, ittiham tərəfi əvvəlcə “Vasko da Qama”nın oyunçusunun və onun sevgilisinin konsensual sadomazoxist əməllərlə məşğul olduğuna qərar verərək, sübut çatışmazlığı səbəbindən işin bağlanmasını istəmişdi.

Lakin Larisanın müdafiə tərəfinin apelyasiya şikayətindən sonra prokuror qərarı ləğv edib və fransıza qarşı ittiham irəli sürüb. Payet “təhqir və ləyaqəti alçaldan rəftar, ifadələr, habelə alçaldıcı, manipulyasiya və istehza ilə qıza zərər verməkdə və emosional təsir göstərməkdə” ittiham olunur.

Prokurorlar Payeti mühakimə etməyə və Larissaya vurulan mənəvi ziyana və hər hansı tibbi xidmətə görə kompensasiya ödəməyə çalışırlar.

Aut.az