Digər

“Paris-2024”-də qaçqın idmançılar da yarışacaq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında qaçqınlar komandasına 11 ölkədən 36 idmançının seçildiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Qaçqınlar komandası dünya üzrə 100 milyondan çox mühaciri təmsil edəcək və 12 idman növü üzrə yarışacaq. Bu barədə təşkilatın prezidenti Tomas Bax məlumat verib.

Qaçqınlar komandası üçüncü dəfə Olimpiadada iştirak edəcək.

Qeyd edək ki, Paris Olimpiadası26-dan avqustun 11-dək keçiriləcək.