Digər

Federasiya prezidenti həbs edildi

Ali Antikorrupsiya Məhkəməsinin (AKM) hakimlər kollegiyası Ukraynanın xalq deputatı və yerli atçılıq federasiyasının eks-prezidenti Aleksandr Onişenkoya hökm oxunub.

Aut.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzin məlumat yayıb:

Onişenko eyni vaxtda Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinib. O, bütün cinayətlərə görə əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkdikdən sonra 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.

Onışşenko “Ukrqazvıdobuvannya” ictimai səhmdar cəmiyyəti ilə fəaliyyətə dair müqavilələr çərçivəsində təbii qazın hasilatı və satışı zamanı 740 milyon qrivendən çox məbləğdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Onışşenko 2016-cı ilin iyulunda Ukraynanı tərk edib və ölkə daxilində axtarış elan edilib.

Xatırladaq ki, Onışçenko iki dəfə – 2008 və 2012-ci illərdə atçılıq yarışlarında Olimpiadada iştirak edib.