Digər

Azərbaycanda keçiriləcək MDB Oyunlarının maskotları məlum oldu

Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunlarının maskotları məlum olub.

Aut.az xəbər verir ki, bunlar Bəbir və Leyladır.

MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların keçirilməsi planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.