Dünya futbolu

Baş məşqçi ilə münaqişə? – Hakimi niyə oynamayıb?

PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi Liqa 1-in 29-cu turunda “Nant”la oyunda (1:1) komandanın heyətində yer almayıb.

Aut.az xəbər verir ki, jurnalist Fabris Havkinsin sözlərinə görə, 26 yaşlı mərakeşlinin matçda iştirak etməməsi heç bir zədə ilə bağlı deyil və onun baş məşqçi Luis Enrike ilə münaqişəsi də yoxdur. Sadəcə olaraq, məşqçilər korpusu futbolçuya əlavə istirahət vermək qərarına gəlib.

PSJ aprelin 25-də Fransa çempionatında evdə “Nitsa”nı qəbul edəcək, aprelin 29-da isə Çempionlar Liqasının “Arsenal”la ilk yarımfinal matçı üçün Londona yollanacaq.

Cari mövsümdə Hakimi parislilərin heyətində bütün yarışlarda 42 matçda 6 qol vurub və 14 məhsuldar ötürmə edib.

Aut.az