Rusların etdiklərini unuda bilmərik – “Arsenal”ın ulduzu
Londonun “Arsenal” klubunun ukraynalı müdafiəçisi Aleksandr Zinçenko ruslara münasibətindən danışıb.
Aut.az xəbər verir ki, Zinçenko bu barədə İngiltərə mətbuatına müsahibə verib.
“İşğaldan sonra “Ufa”dakı sabiq tərəfdaşlarımdan çox az adam mənə yazdı. Mən onları qınaya bilmərəm, çünki bu, onların günahı deyil. Mən onlara “Uşaqlar, çölə çıxın və etiraz edin” deyə bilmərəm, çünki bilirəm ki, həbsxanaya düşə bilərlər.
Ruslar bir vaxtlar ukraynalıları qardaş adlandırırdılar, amma işğal göstərdi ki, biz artıq dost ola bilmərik. Onların bizə, xalqımıza etdiklərini heç vaxt unutmayacağıq. Bunu da övladlarıma öyrədəcəm. Övladlarım isə öz övladlarına öyrədəcək. Bu qəbuledilməzdir. Mən valideynləri müharibədə həlak olan yüzlərlə uşaq tanıyıram.
İndi mənim borcum nədir? Mən ölkəmə, xalqıma, orda və bütün bunlara bacardığım qədər necə kömək edə bilərəm. Mən ukraynalı olduğum üçün indiki qədər fəxr edə bilməzdim. Mənim arzum var ki, bu müharibə çox, çox tezliklə bitəcək və biz Ukraynamızı həqiqətən istədiyimiz kimi yenidən qura biləcəyik”, – Zinçenko deyib.
Aut.az
