İştahası pis deyil: Messinin şöhrətinə çatmaq istəyir
“Barselona”nın 16 yaşlı cinah oyunçusu Lamin Yamal klub prezidenti Joan Laportanın onun üçün 200 milyon avroluq təklifi rədd etdikləri ilə bağlı sözlərini şərh edib.
Aut.az xəbər verir ki, Yamal həm də arzusu və planları haqda danışıb.
“Əməyimin və futbolumun tanındığına görə çox şadam, amma diqqətimi növbəti oyuna cəmləmişəm. Klubdakı gələcəyimdən narahat olan azarkeşlərə nə deyə bilərəm? Onlar sakit olmalıdırlar, çünki müqavilənin bitməsinə hələ iki il var. Və hər şeydən əvvəl futboldan həzz almalısınız.
Mən bütün karyeramı Xavi, İnyesta, Puyol və ya Messi kimi “Barsa”da keçirmək istəyirəm? Əlbəttə. Ümid edirəm ki, “Barselona”nın əfsanəsi ola biləcəyəm”, – “Mundo Deportivo” Yamaldan sitat gətirib.
Bu mövsüm Yamal bütün turnirlərdə 40 matçda iştirak edib, altı qol vurub və yeddi məhsuldar ötürmə verib. Ümumilikdə 16 yaşlı futbolçu meydanda 2238 dəqiqə keçirib.
Aut.az
