Dünya futbolu

Maradonanın oğlu görün hansı klubda çalışır – FOTO

Dieqo Maradonanın oğlu Dieqo Junior İspaniyanın 5-ci divizion klubu “İbarra”ya rəhbərlik edəcək.

Aut.az xəbər verir ki, argentinalı əfsanənin oğlu üçün İspaniya təmsilçisi məşqçi karyerasında ilk klub deyil. O, “San Giorgio”nun gənclər komandasını və “Napoli Yunayted”in əsas komandasını çalışdırıb.

İtaliya çempionatının 5-ci divizionunda “Pompey” və “Montekalsio”da çıxış edib.

Dieqo Juriorun əsas vəzifəsi 1969-cu ildə qurulan Tenerifenin tarixi klubunu liqada saxlamaq olacaq.

“Həm onun, həm də bizim üçün qeyri-adi bir fürsət açılır. Bu inanılmaz bir şeydir. Biz iddialıyıq və bu kateqoriyada qalacağımıza tam inanırıq”, – deyə klubdan bildirilib.

Qeyd edək ki, “İbarra” hazırda 21 mümkün xaldan 7 xalla sondan beşinci yerdədir.

Aut.az

ФОТО. Вы не поверите, чем сейчас занимается сын Марадоны