Müasir futbolda ən çox het-trik edən 10 futbolçu
Oktyabrın 19-da zəmanəmizin iki ulduz qolçusu – Harri Keyn və Lionel Messi milli çempionatlarda (müvafiq olaraq, Almaniya Bundesliqası və Şimali Amerika MLS) het-triklə yadda qaldılar.
Beləliklə, ingilis və argentinalı karyeraları ərzində şəxsi het-trik rekordlarını təkmilləşdirdilər.
Bəs müasir futbolda ən çox het-trik edənlər kimlərdir? Aut.az xəbər verir ki, sport.ua hazırda karyerasını davam etdirən futbolçular arasında ən çox het-trik edən 10 futbolçunun siyahısını tərtib edib.
- Kriştiano Ronaldo – 66 het-rtik
- Lionel Messi – 59
- Levandovski – 34
- Luis Suares – 31
- Harri Keyn – 27
- Erlinq Haaland – 26
- Neymar – 21
- Mbappe – 19
- Kavani – 16
- Benzema – 15.
Aut.az
