ASTF-nin 2 rəsmisinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib
Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) baş katibi Könül Mikayılovaya və seçmə komandanın baş məşqçisi Fərhad İsmayılova Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib.
Aut.az xəbər verir ki, bununla bağlı qərar komitənin iclasında qəbul olunub.
Mikayılova yenidən Gender bərabərliyi komitəsinə, İsmayılov isə Veteranlar komitəsinə üzv seçilib.
