Dünya futbolu

Belə günə düşüb: qapıya 0 zərbə, 0 driblinq

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Əl-Hilal”la oyunda bərbad performansla yadda qalıb.

Aut.az xəbər verir ki, “Əl-Nəsr”in 0:2 hesabı ilə məğlub olduğu oyunda  portuqaliyalı bütün matçı meydanda olub.

Bu oyunda Kriştiano 4 dəfə rəqib qapısına zərbə endirib. 3 zərbə qapıdan yan keçib, 1 zərbənin qarşısı alınıb. O, oyun ərzində qapıya dəqiq zərbə endirə, driblinq edə bilməyib. Bütün matç ərzində hücumçu1 dəfə topu alıb, 4 dəfə itirib.

Ronaldo da bir dəfə qayda pozub, buna görə sarı vərəqə alıb. Bu oyunda portuqalın ötürmələrinin dəqiqliyi 80% olub.

Səudiyyə Ərəbistanı çempionatının 11 matçında Ronaldo 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az