Dünya futboluİtaliya

“Əl-Hilal” “Liverpul”la razılaşdı: Özü ilə danışıqlara başladı

“Əl-Hilal” Darvin Nunesin transferi üçün “Liverpul”la şifahi razılığa gəlib.

Aut.az xəbər verir ki, indi Səudiyyə klubu 26 yaşlı forvardla razılığa gəlməlidir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin məlumatına görə, “Əl-Hilal” Uruqvay millisinin futbolçusu ilə şəxsi müqavilə üzrə danışıqlar aparır.

Bildirilir ki, baş məşqçi Simone İnzaqi şəxsən Nuneslə maraqlanır.

Aut.az