Azərbaycan futboluAvropa Liqası

AL: “Qarabağ” 2 nəfər azlıqda “Ayaks”a uduzdu

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, “atlılar” III turda “Ayaks”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start verilib.

Görüş rəqibin qələbəsiylə başa çatıb.

“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).

UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur

24 oktyabr

20:45 Qarabağ – Ayaks (Niderland) 0:3

Qollar: Kennet Teylor, 36, Veqorst, 73 (pen), Akpom, 77

Qırmızı vərəqə: Julio Romao, 15

Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo

Ehtiyat heyət: Məmmədzadə, Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə

“Ayaks: Pasveyer, Xato, Şutalo, Ruqani, Rensx, Teylor, Henderson (k), Fits-Djim, Qodts, Veqhorst, Rasmussen

Ehtiyat heyət: Qorter, Ramay, Qoey, Veyndal, Brobbi, Ekpom, Ahmedcan Kaplan, Traore, Van den Boomen, Mokyo, Tahiroviç, Banel