Ukrayna klubunun prezidenti dünyanın ən yaşlı futbolçu hesab oluna bilər
Ukraynanın “Real Farma” klubunun prezidenti Nikolay Lixovidov dünyanın ən yaşlı futbolçusu ola bilər.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Yanvarda Lixovidovun 59 yaşı tamam oldu və mövcud məlumatlara görə, o, dünyanın ən yaşlı peşəkar futbolçusudur. O, yapon əfsanə Kazuyoşi Miuradan demək olar ki, bir yaş böyükdür ki, bu da ona rekorda iddialı olmağa əsas verir. Eyni zamanda, o, dayanmağı planlaşdırmır və hələ də Ukraynanın üçüncü ən güclü liqasında çıxış edir”, – britaniyalı jurnalistlər qeyd edirlər.
“Real Farma” FİFA-dan öz prezidentini dünyanın ən yaşlı aktiv futbolçusu kimi rəsmən tanımağı xahiş etdiyi bildirilir.
2024/25 mövsümündə Lixovodov 11 oyun keçirib, iki qol vurub. Ümumilikdə, Odessa klubu ilə karyerası ərzində 200-ə yaxın oyun keçirib.
Aut.az
