Bitdi: Yeni fotoda yer almadı
“Mançester Yunayted” komandanın cari mövsüm üçün heyətinin yeni fotosunu yayıb.
“Manchester Evening News”un məlumatına görə, 23 yaşlı Ceydon Sanço Karrinqton məşq meydançasındakı fotosessiyada iştirak etməyib.
“Mançester Yunayted” azarkeşlərinin çoxu sosial mediada Sançonun çəkilişlərdə iştirakına icazə verilməməsinə mənfi reaksiya verib, bəziləri isə Erik ten Haqdan narazı qalıb. Komandanın azarkeşlərinin fikrincə, baş məşqçi bu vəziyyəti daha yaxşı idarə edə bilərdi. Azarkeşlər əmindirlər ki, Ceydon Sançonun “Mançester Yunayted” karyerası bitib.
Xatırladaq ki, Erik ten Haqla Ceydon Sanço arasında münaqişə məşqçinin mətbuat konfransında hücumçunun yaxşı məşq etmədiyini deməsi ilə başlayıb. Sanço açıq şəkildə ittihamları böhtan adlandırıb və “günah keçisi” olmaqdan yorulduğunu söyləyib. Bundan sonra ona komanda ilə məşq etmək qadağan edilib.
Aut.az
