“Xosa” həvəskar klubunun 8 futbolçusu Moskvada davaya görə saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Aprelin 28-də paytaxtın “Trud” stadionunda həvəskarlar liqasının oyunundan sonra “YUZAO” və “Xosa” komandaları arasında dava ilə nəticələnən münaqişə baş verib.
Zərərçəkənlərin dediyinə görə, “Xosa”nın oyunçularından biri rəqib futbolçunun başına zərbə endirməyə başlayıb. Münaqişəyə digər “Xosa futbolçuları da qoşulub.
Zərərçəkənlərdən Nikita Z. başının əzilməsi ilə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Təcavüzkarların Tacikistan vətəndaşları olduğu üzə çıxıb. Onların 26 yaşlı Səfərbəyov S., 25 yaşlı Xolikdodov X., 33 yaşlı Tamulşoyev M., 21 yaşlı Kalandarbekov M., 19 yaşlı Kalandarbekov A., 32 yaşlı Nazarshoyev N., 33 yaşlı Zieratov A. və 22 yaşlı Oşurbekov F. olduğu məlum olub.
Onlar barəsində “xırda xuliqanlıq” maddəsi ilə inzibati protokollar tərtib edilib. Yoxlama materialı İstintaq Komitəsinə verilib, ola bilsin ki, cinayət işi başlansın. Saxlanılan iki nəfər barəsində də miqrasiya qeydiyyatı şərtlərini pozduqlarına görə protokol tərtib edilib: onlar Rusiyadan deportasiya oluna bilər.
Aut.az