Fələstin tələb etdi, FİFA göstəriş verdi: İsrail cəzalanacaq?
FİFA Fələstinin İsrail Futbol Federasiyasının fəaliyyətinin dayandırılması tələbini nəzərdən keçirmək üçün yaxın iki ay ərzində toplanacaq.
Aut.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino bildirib.
“Vurğulamaq vacibdir ki, Fələstin təmsilçisinin çıxış etməsi ilə bağlı bütün müraciətlər FİFA Şurasının səlahiyyətlərinə aiddir və buna görə də bu qurum çərçivəsində baxılmalıdır. Həssaslığı nəzərə alaraq, FİFA Fələstin təmsilçisinin çıxışında edilən sorğuları qiymətləndirmək üçün müstəqil hüquq ekspertlərinə tapşırıq verəcək. Analizlərin nəticələri FİFA Şurasına göndəriləcək. Eyni zamanda, vəziyyətin fövqəladə xarakterini nəzərə alaraq, müvafiq tədbirlər görmək üçün iyulun 20-dək FİFA-nın fövqəladə şurası yaradılacaq”.
Qeyd edək ki, Banqkokda keçirilən konqresdə Fələstin Futbol Assosiasiyasının prezidenti Cibril Racup FİFA-dan müvəqqəti olaraq İsrail federasiyasının üzvlüyünü dayandırmağı tələb edib.
