Dünya futbolu

“Ayaks” onu geri qaytarır: Danışıqlar başladı

“Ayaks” rəhbərliyi sabiq baş məşqçisi Erik ten Haqla danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə ADNL məlumat yayıb.

Klubun direktoru Aleks Krus mütəxəssislə “Qalatasaray”a (0:3) qarşı keçirilən Çempionlar Liqası oyunundan iki gün əvvəl görüşüb. Mənbənin məlumatına görə, həmin oyunun nəticəsi Krusun Ten Haqı komandaya qayıtmağa razı salmaq cəhdində həlledici amil ola bilər.

54 yaşlı mütəxəssisin son iş yeri Almaniyanın “Bayer” klubu olub. O, komandanı cəmi iki ay çalışdırıb.

Qeyd edək ki, Ten Haq əvvəllər “Ayaks”da uğurlu dövr keçirmişdi. 2017-ci ilin dekabrından 2022-ci ilin iyununa qədər komandaya rəhbərlik edən niderlandlı məşqçi 215 oyuna çıxıb, üç dəfə Eredivizi çempionluğu, iki dəfə Niderland kuboku və bir dəfə Superkubok qazanıb.

Qeyd edək ki, dünən “Ayaks” baş məşqçi Heytinqanı istefaya göndərib.

Aut.az