Amerika kubokunda bu topla oynayacaqlar – FOTO
2024-cü ildə Mayamidə keçiriləcək Amerika Kubokunun püşkatma mərasimində turnirin rəsmi topu təqdim olunub.
Aut.az xəbər verir ki, tgop “PUMA Cumbre” adlanır. “PUMA Cumbre” adı Amerika qitəsini keçən dağ silsiləsindən ilhamlanıb. Topun üzərindəki təsvirlərin dizaynı qitənin formasına əsaslanır. 16 zolaq 2024-cü il Amerika Kubokunda iştirak edəcək ölkələrin ümumi sayını təmsil edir.
Dizayn mükəmməl çəki balansını təmin etmək üçün 12 möhürlənmiş paneldən ibarətdir. Böyüdülmüş və dərin tikişlər isə aerodinamikaya müsbət təsir göstərir. Bundan əlavə, PAL (PUMA Hava kilidi) klapan havanın saxlanmasını təmin edir.
Maraqlıdır ki, 2004-cü ildən 2021-ci ilə kimi turnirin rəsmi toplarını “Nike” şirkəti təmin edib. Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

Aut.az
