Hollivudda Bekhemin şərfinə ulduz olacaq
“Mançester Yunayted” və “Real Madrid”in keçmiş futbolçusu və “İnter Mayami”nin həmtəsisçisi Devid Bekhem Hollivud Şöhrət Xiyabanında İdman Əyləncəsi kateqoriyasında ulduzla təltif olunacaq.
Aut.az xəbər verir ki, Hollivud Ticarət Palatasının ev sahibliyi edəcəyi mərasim iyunun 12-də keçiriləcək.
Mükafat Bekhemin ABŞ-da futbolun populyarlaşmasına verdiyi böyük töhfəyə görə verilib.
Tədbirdə onun həyat yoldaşı Viktoriya Bekhem və yaxın ailə dostu, aktyor Tom Kruz salamlama nitqləri ilə çıxış edəcəklər.
Aut.az
