Neymar üçün yeni variant: İlkin danışıqlar oldu
“Mançester Yunayted” PSJ-nin braziliyalı hücumçusu Neymarın transferi ilə bağlı ilkin danışıqlar aparıb.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər mümkün sövdələşmənin detallarını müzakirə ediblər. İngiltərə klubu 31 yaşlı futbolçunu icarəyə götürməyə üstünlük verərdi, lakin parislilər futbolçu ilə yalnız tam əsasda ayrılmağa hazırdır.
Bildirilir ki, 2022-ci ilin yayında “Mançester Yunayted”ə keçən braziliyalı Kazemiro Neymarın qərarına təsir edə bilər.
Neymar özü də Kilian Mbappenin komandada əsas fiqur sayılmasından narazı olduğu üçün klubdan getməyə hazırdır. Neymarın PSJ ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Aut.az
