Dünya futbolu

Merih Dəmirəl ÇL-in qalibi oldu

“Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi olub.

Aut.az xəbər verir ki, komanda turnirin finalında “Matida Zelvia”nı 1-0 hesabı ilə məğlub edib.

Həlledici qolu 97-ci dəqiqədə hücumçu Firas Əl-Buraikan vurub.

Bu, “Əl-Əhli”nin Asiya Çempionlar Liqasında ardıcıl ikinci qələbəsidir – 2025/26 mövsümündə komanda Yaponiyanın “Kavasaki Frontale” komandasını (2:0) məğlub etmişdi.

“Əl-Əhli”nin heyətində türk futbolçu Merih Dəmirəl 120 dəqiqə meydanda olub.

Aut.az