Mbappeyə üsyan etdilər: Bu klub sənin oyuncağın deyil
“Kan” azarkeşləri 2024/2025-ci il mövsümünün 2-ci Liqa matçında “Klermon”la (0:1) keçirilən oyunda tribunalara “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappenin ünvanına plakatlar asıblar.
Aut.az xəbər verir ki. “Mbappe, “Kan” sənin oyuncağın deyil!” – deyə onlar ulduz futbolçuya üz tutublar.
Fransalı hücumçu 2024-cü ildə Fransa klubunun səhmlərinin nəzarət paketini alıb.
Keçirilən 17 matçdan sonra “Kan” 15 xal toplayaraq Liqa 2-də16-cı yerdədir. “Loryan” 34 xalla turnir cədvəlinə başçılıq edir.
Aut.az
