“Qızıl topa”a iki əsas namizəd: Eyni komandada oynayırlar
Bukmeker kontorlarının fikrincə, 2025-ci ildə “Qızıl top”u qazanmaq üçün iki əsas favorit “Barselona”nın oyunçularıdır.
Aut.az xəbər verir ki, bunlar Lamin Yamal və Rafinyadır. Lamin Yamal artıq qol+ötürmə sistemində 31 xal (14+17) toplayıb və 13% ehtimalla ikinci əsas namizəd kimi qiymətləndirilir.
Rafinya əlçatmazdır: 28 qol və 29 asist və 33% şans.
Sonuncu dəfə 2019-cu ildə Lionel Messi mükafatı qazananda, Antuan Qrizman isə üçüncü yeri tutduqda “Barsa”nın iki oyunçusu mükafata əsas iddiaçı olub. Daha əvvəllər isə 2015-ci ildə (Messi və Neymar) və 2010-cu ildə (Messi və Xavi) oxşar hadisə baş vermişdi.
Aut.az
