Dünya futbolu

Avropaya uyğunlaşma: MLS payız-yaz sisteminə keçir

MLS-in direktorlar şurası təqvimdə dəyişikliklər etməyə və payız-yaz sisteminə keçməyə, bununla da aparıcı Avropa liqalarına uyğunlaşmağa hazırdır.

Aut.az xəbər verir ki, klub sahibləri dəyişikliklərin 2026-cı ildə qüvvəyə minməsini istəyirdilər, lakin hələ də rəsmi səsvermə baş tutmayıb.

Payız-yaz sisteminə keçidin MLS-in dünyanın əksər ölkələrində əsas və əlavə transfer pəncərələrinə uyğunlaşmasına imkan verəcəyi  güman edilir.

MLS-in müntəzəm mövsümünün iyul və ya avqust-aprel ayları arasında, pley-off-un isə may ayında baş tutması planlaşdırılır. Mövsümdə fasilə dekabr və yanvar aylarına planlaşdırılacaq.

Aut.az