Mbappeni belə müdafiə etdi: 44 oyunda 42 qol, problem “Real”dadır
Fransa millisinin keçmiş oyunçusu və 1998-ci il dünya çempionu Kristof Dyuqarri Kilian Mbappeyə qarşı yönələn tənqidlərdən danışıb.
Aut.az xəbər verir ki, Dyuqarri Mbappenin DÇ-də “Real”da olduğundan daha yaxşı oynadığı ilə bağlı yayılan fikirlərə reaksiya verib.
“Bu, axmaqcasına tənqiddir. Mbappe haqqında danışan insanların mövsüm bileti sahibi olub-olmadığını və ya hətta oyunlara qatılıb-qatılmadığını bilmirəm. Bir oyunçu 44 matçda 42 qol vurubsa və bizə “Real Madrid”in heç nə qazanmamasında onun günahkar olduğu deyirlərsə, mən bunu tamamilə qəbuledilməz hesab edirəm.
Həmişə oyunçunuzun daha çox şey edəcəyinə ümid edə bilərsiniz, bəs 44 oyunda 42 qol vurursunuzsa, “daha yaxşı oynamaq” nə deməkdir? Əgər İspaniya Mbappeyə “hücum etmək” istəyirsə, Bellinqemə, Vinisius, ümumiyyətlə DÇ-də milli komandalarında daha yaxşı olan bütün oyunçulara da hücum etməlidir.
Amma onların hamısı milli komandalarında daha yaxşıdırlarsa, deməli problem daha çox “Real Madrid”dədir.
Düşünürəm ki, “Real” hazırda tənəzzüldədir, amma problem Mbappedə deyil . O, həmişə daha yaxşı oynaya bilər. Onun davranışının yaxşılaşdırılması lazım olduğuna dair qiymətləndirmələrlə demək olar ki, razıyam. O, bir az daha çox liderlik nümayiş etdirməlidir, amma bəlkə də ona vaxt lazımdır”, – Dyuqarri “RMC Sport”a bildirib.
Aut.az
