Dünya futbolu

Şok: Mourinyo ora qayıtmaq istəyir

Portuqaliyalı baş məşqçi Joze Mourinyo yenidən “Mançester Yunayted”i çalışdıra bilər.

Aut.az xəbər verir ki, bu barədə portuqala yaxın olan “Daily Mail” mənbəsi məlumat verib.

Bildirilir ki, Mourinyo yeni sahib Cim Ratkliffin rəhbərliyi altında çalışmağa etiraz etmir.

“Mourinyonun ambisiyası “Mançester Yunayted”ə qayıtmaqdır. Jozenin bu klubda yarımçıq qalmış işləri var. O, geri qayıtmağı qarşısına məqsəd qoyub”, – Mourinyonun dostlarından biri “Daily Mail”ə bildirib.

Xatırladaq ki, Mourinyo 2016-2018-ci illərdə “qırmızı şeytanlar”la əməkdaşlıq edib. Bu müddət ərzində o, mankunianları Avropa Liqasında, İngiltərə Liqa Kubokunda və İngiltərə Superkubokunda qələbəyə aparıb.

Aut.az