Klopp KDÇ-ni biabır etdi: FİFA prezidentinə “ilişdi”
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp hazırda ABŞ-da keçirilən klublararası dünya çempionatını tənqid edib.
Aut.az xəbər verir ki, Kloppun sözlərini “Mundo Deportivo” sitat gətirib.
“Klublararası dünya çempionatı futbolda indiyə qədər həyata keçirilən ən pis ideyadır. Bu oyunla heç vaxt əlaqəsi olmayan insanlar belə fikirlər irəli sürür. Qorxuram ki, gələn mövsüm futbolçular indiyə qədər görülməmiş zədələr alacaqlar. Bu yarış səhv vaxtda və yanlış səbəblərdən keçirilir.
İştirak üçün alınan pulun böyük olduğunu deyənləri başa düşürəm. Amma keçən il Amerika Kuboku və Avropa çempionatı var idi. Bu il Klublararası Dünya Çempionatı və gələn il Dünya Çempionatı var. Bu o deməkdir ki, cəlb olunan oyunçular fiziki və əqli cəhətdən sağalmayacaqlar”, – Klopp bildirib.
Qeyd edək ki, KDÇ FİFA prezidenti Cani İnfantinonun ideyasıdır
Aut.az
