Poqba müqavilə imzalayarkən hönkür-hönkür ağladı – VİDEO
Pol Poqba “Monako” ilə müqavilə imzalayarkən göz yaşlarına boğulub.
Aut.az xəbər verir ki, bu barədə video klubun sosial şəbəkə hesabında yayılıb.
İki illik müqavilə imzalamazdan əvvəl 32 yaşlı Poqba göz yaşlarına boğulub və əlləri ilə üzünü tutub. “Monako”nun baş direktoru Tiaqo Skuru fransıza dəstəkolub, həyatında yeni bir səhifə açdığını deyib. Poqba göz yaşları içində cavab verib: “Təşəkkür edirəm, bunu həqiqətən qiymətləndirirəm. Güvəndiyiniz üçün təşəkkür edirəm”.
Aut.az
