Dünya futbolu

Qovulan məşqçiyə poçtalyon görün nə iş təklif etdi

Şotlandiyalı məşqçi Stiven Neysmit maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, “Harts”ın baş məşqçi vəzifəsindən qovulduqdan sonra aldığı təklifdən danışıb:

“İşdən çıxarılandan sonra poçtalyon bizə gəldi. Paketi götürmək üçün qapını açdım. O, qəfildən dedi ki, sürücü vakansiyamız var, ciddi şəkildə maraqlanırsınızsa, mənə bildirin”.

Qeyd edək ki, Neysmit “Harts”ın baş məşqçi postundan sentyabrın 22-də qovulub və o vaxtdan işsizdir.

Aut.az