“Əl-Nəsr” kiberidman bölməsi yaratdı
Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nassr” futbol klubu “AlNassr Esports” adlı kiberidman bölməsinin yaradıldığını elan edib.
Aut.az xəbər verir ki, layihə İtaliyanın “Mkers” təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib .
Yeni divizionun ilk oyunçusu EA Sports FC 24 dünya çempionu Joao Afonso “Jafonso” Vaskoncelos olub.
“Mkers” Səudiyyə klubunu texniki və rəqabətədavamlı idarəetmə, həmçinin marketinq və inkişaf sahəsində kommersiya və strateji təcrübə ilə təmin edəcək.
Aut.az
