Dayanmırlar, hədəfdə odur
PSJ “Benfika”nın hücumçusu Qonkalo Ramosun keçidini tamamladıqdan sonra transfer mövzusunu bağlamayacaq.
Aut.az xəbər verir ki, Fransa çempionu daha bir futbolçunu heyətinə qatmaq istəyir. Parislilər Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Randal Kolo-Muanini heyətinə qatmağa çalışır.
“L’Equipe” nəşrinin məlumatına görə, Frankfurt təmsilçisinin futbolçusu PSJ-yə keçməyə müsbət yanaşır. Ancaq “Ayntraxt”ın tələbləri vəziyyəti çətinləşdirir. Bundesliqa klubu Fransa millisinin üzvünə görə 100 milyon avro tələb edir. Parislilər isə bu məbləği 60-70 milyona qədər azaltmaq istəyir.
Kolo-Muani Bundesliqada cəmi bir mövsüm keçirib. 24 yaşlı forvard bu müddət ərzində 32 matçda 15 qol vurub və 11 məhsuldar ötürmə verib.
Qeyd edək ki, yay transfer pəncərəsinin əvvəlində Randal ilə “Bayern” də maraqlanırdı. Ancaq “Ayntraxt”ın yüksək tələblərinə görə “pivəçilər” onunla danışıqlara başlaya bilməyib.
