Dünya futbolu

“Sabah”ın rəqibindən qələbə

“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında 3-cü tur oyununu keçirib.

Aut.az xəbər verir ki, Komanda “Slaviya” ilə qarşılaşıb. Görüşdə “Levski” 2:0 hesablı qələbə qazanıb. Qollar 70 və 84-cü dəqiqələrdə vurulub.

Bu qələbə ilə Sofiya təmsilçisi xallarının sayını 9-a çatdırıb. “Levski” sıralamada liderdir.

Qeyd edək ki, “Sabah” və “Levski” arasında ilk oyun avqustun 7-də Bolqarıstanda, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.