İngiltərə

Amorim MY-nin liderlərinin adlarını açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın lider futbolçularının kimlər olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, Amorim “Sky Sports”a müsahibəsində bunları bildirib:

“Bu anda lider qrupda altı məsuliyyətli futbolçu var: Bruno Fernandeş, Harri Maqvayr, Lisandro Martines, Dioqo Dalot, Tom Hiton və Nussayr Mazraui.

Keçən il elə şeylər vardı ki, onlar barədə şəxsən mən düşünməli olurdum. Amma indi oyunçulara dedim ki, artıq bu, sizin məsuliyyətinizdir, xırda problemlər yaranarsa, onları özünüz həll edin, cavabdeh sizsiniz. Bu cür kiçik dəyişikliklər komandanın daha yaxşı olmasına kömək edir”.

Aut.az