İngiltərə

Ardıcıl 39 oyundur ki…

İngiltərə Premyer Liqasının 28-ci turunun “Aston Villa” – “Tottenhem” matçı qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az xəbər verir ki, “Tottenhem” Premyer Liqada ardıcıl 39 matçda qol vurub. Bu barədə Premyer Liqada rekord qol seriyası cədvəlini təqdim edən “Opta Analyst” portalı məlumat yayıb. Premyer Liqada ən uzun qol seriyası rekordu 2000/2001-dən 2001/2002-ci il mövsümünə qədər ardıcıl 55 matçda qol vuran London “Arsenal”ına məxsusdur. İkinci yerdə “Tottenhem” qərarlaşıb.

Sonrakı yerdə 2019-2020-ci illərdə 36 matçda qol vuran “Liverpul” gəlir.

Aut.az