İngiltərə

53 min tutur, 57 min necə yerləşib?

İngiltərə çempionatının 17-ci turunun “Liverpul” – “Mançester Yunayted” matçında (0 :0) oyunun keçirildiyi “Enfild Roud” stadionunda tamaşaçı rekordu qeydə alınıb.

Aut.az xəbər verir ki, oyunu tribunalardan 57 158 tamaşaçı izləyib. Bu, son 60 ilin rekord göstəricisi olub. 1963-cü ildə “Bernli” ilə İngiltərə Kuboku oyunundan bəri “Liverpul”un ev oyununa gələn ən yüksək tamaşaçı sayıdır.

Maraqlıdır ki, rəsmi rəqəmlərə görə, “Enfild”in tutumu 53 min 394 tamaşaçıdır.