“Bavariya” əfsanə ilə razılıq əldə etdi
“Bavariya” əfsanəvi hücumçusu Tomas Müller ilə yeni müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu alman insayder Kristian Falk məlumat verib.
34 yaşlı Müllerin hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. Yenisi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Əvvəllər mediada yeni müqavilə ilə bağlı danışıqların çətinliklə getdiyi barədə məlumatlar yayılmışdı. “Milan” və “Mançester Yunayted Müllerlə maraqlanırdı.
Bu mövsüm Müller “Bavariya”nın heyətində bütün turnirlərdə keçirdiyi 18 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
